“Crystal Palace” futbolçusu ilə razılaşa bilmir
Bakı, 18 oktyabr, Tsport.az
“Crystal Palace”-ın müdafiəçisi Marc Guehi növbəti mövsümdə klubdan ayrılacaq.
Tsport.az xəbər verir ki ,bu barədə komandanın baş məşqçisi Oliver Glasner məlumat verib.
Glasner bildirib ki, klub 25 yaşlı İngiltərə millisinin üzvünə yeni müqavilə təklif edib, lakin futbolçu bunu qəbul etməyib:
“Marc yeni müqavilə təklifini rədd edərək dedi: “Xeyr, fərqli bir şey etmək istəyirəm”.
Guehi-nin klubla müqaviləsi bu mövsümün sonunda başa çatır. “Palace” onunla yolları ya yanvar transfer pəncərəsində satışla, ya da yayda azad agent kimi ayırmağı planlaşdırır.
Qeyd edək ki, Guehi 2021-ci ildə “Chelsea”-dən “Palace”a keçib və bu müddət ərzində klub üçün 167 oyuna çıxıb.