“Crystal Palace” tarix yazdı
Bakı, 10 avqust, Tsport.az
“Crystal Palace”, İngiltərə Superkubokunun qalibi olub.
Tsport.az xəbər verir ki, London təmsilçisi penaltilər seriyasında Liverpool-u məğlub edərək klub tarixində bu titulu ilk dəfə qazanıb.
Qarşılaşma İngiltərənin paytaxtındakı məşhur Wembley stadionunda baş tutub.
Matçın əsas hissəsi 2:2 hesabı ilə yekunlaşıb. Palace-ın heyətində Jean-Philippe Mateta 17-ci dəqiqədə penaltidən fərqlənib, 77-ci dəqiqədə isə Ismaïla Sarr komandasının ikinci qoluna imza atıb. Liverpool-un qollarını isə oyunun əvvəlində Hugo Ekitike (4-cü dəqiqə) və Jeremie Frimpong (21-ci dəqiqə) vurublar.
Qalibi müəyyən etmək üçün keçirilən penaltilər seriyasında daha dəqiq oynayan Crystal Palace 3:2 hesablı üstünlüklə qalib gəlib.
Beləliklə, “Crystal Palace” tarixində ilk dəfə İngiltərə Superkubokunu qazanıb. Liverpool isə bu turnirdə daha öncə 16 dəfə çempionluq sevinci yaşayıb.