Digər

Cüdo üzrə Liqa yarışının II turu Hövsanda keçiriləcək

Bakı, 2 iyul , Tsport.az 

İyulun 4-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində cüdo üzrə kişilər arasında Liqa yarışının ikinci turu baş tutacaq.

Tsport.az xəbər verir ki, yarışda 41 klub və idman cəmiyyətindən 222 cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Bu turnir, cari ildə planlaşdırılan 3 turluq Liqa yarışlarının ikinci mərhələsidir. Nəticələr əsasında idmançıların reytinq siyahısı formalaşacaq və bu, onların gələcək yarışlara və milli komanda seçimlərinə təsir göstərəcək.