Cüdoçularımız Avropa Kubokunu 9 medalla başa vurdu
Bakı, 23 iyun , Tsport.az
Almaniyanın paytaxtı Berlində keçirilən gənclər arasında Avropa Kuboku başa çatıb. Yarışın ikinci – sonuncu günündə Azərbaycan millisi daha 4 medal qazanıb.
Tsport.az xəbər verir ki, -90 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub – Tuncay Şamil qızıl, Aslan Kotsoyev isə gümüş medala sahib çıxıb. -81 kq çəkidə Süleyman Şükürov, +100 kq çəkidə isə Ramazan Əhmədov bürünc medal qazanıb.
Yarışın ilk günündə isə Nihad Məmişov (-60 kq), Məhəmməd Musayev (-66 kq), Əbil Yusubov (-73 kq) gümüş, Nizami İmranov (-66 kq) və Mehdi Cəfərov (-73 kq) isə bürünc medal əldə etmişdi.
Beləliklə, Azərbaycan yığması ümumilikdə 1 qızıl, 4 gümüş və 4 bürünc olmaqla 9 medal qazanıb. Bu nəticə ilə millimiz kişilər arasında medal əyarına görə birinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub.