Digər

Cüdoçularımız dünya çempionatına uğursuz başlayıb

Bakı, 13 iyun , Tsport.az 

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatı start götürüb.

Tsport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin üç cüdoçusu tatamiyə çıxıb. Təəssüf ki, onların hər üçü mübarizəni erkən başa vurub.

Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayamaya məğlub olub.

Leyla Əliyeva (48 kq) 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanovanı məğlub etsə də, növbəti mərhələdə ispaniyalı Laura Martinesə uduzub.

Könül Əliyeva (48 kq) isə 1/32 finalda ABŞ təmsilçisi Mariya Seliya Laborde ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan yığması 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə fərdi yarışlarda mübarizə aparacaq. Millimiz həmçinin qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.