Dünya Futbolu

“Dəli” ləqəbli qapıçı dünyasını dəyişib

Bakı, 21 aprel, Tsport.az

Argentina futbolunun canlı əfsanələrindən sayılan keçmiş qapıçı Hugo Orlando Gatti 81 yaşında dünyasını dəyişib.

Tsport.az xəbər verir ki, bu barədə “Boca Juniors” klubunun rəsmi mətbuat xidməti məlumat yayıb.

“El Loco” (Dəli) ləqəbi ilə tanınan Gatti uzun illər Argentina çempionatında oyun sayına görə rekordçu statusunu qoruyub. Onun vəfatına səbəb omba əməliyyatından sonra yaranan infeksiyanın ağırlaşması olub.

Hugo Gatti 1976–1988-ci illər ərzində “Boca Juniors” klubunun şərəfini qoruyub. O, ümumilikdə Argentina çempionatında 26 mövsüm ərzində 765 matçda iştirak edib. Karyerası ərzində 3 dəfə Primera División çempionu olan Gatti, 2 dəfə Copa Libertadores, 1 dəfə isə Intercontinental Cup qalibi adını qazanıb. Argentina milli komandasında isə 18 dəfə forma geyinib.