Dünya Futbolu

Darwin Núñez “Liverpool”dan ayrılmaq istəyir

Bakı, 22 aprel, Tsport.az

“Liverpool”nin hücumçusu Darwin Núñez yay transfer pəncərəsində klubdan ayrılmağa hazırlaşır.

Tsport.az xəbər verir ki, uruqvalı futbolçu İngiltərədə qalmaq istəmir və yay aylarında yeni təkliflərə açıq olacaq.

2024-cü ilin yanvarında Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Nassr” oyunçuya rəsmi təklif göndərmişdi. Müzakirələr nəticəsiz başa çatsa da, qarşı tərəf yay transfer dönəmində danışıqları yenidən aktivləşdirmək niyyətindədir.

Darwin Núñez 2022-ci ildə “Benfica” klubundan “Liverpool”a 75+25 milyon avro müqabilində transfer olunmuşdu. Cari Premyer Liqa mövsümündə 25 oyunda forma geyinən hücumçu 5 qol vurub.