Dünya Futbolu

David de Gea “Manchester United”ə qayıda bilər

Bakı, 17 avqust, Tsport.az 

Manchester United” klubu sabiq qapıçısı David de Geanı heyətinə geri qaytarmağı düşünür.

Tsport.az xəbər verir ki, klub, hazırda İtaliyanın “Fiorentina” klubunda oynayan 34 yaşlı qolkiperi cüzi məbləğlə transfer etməyi planlaşdırır.Qeyd olunur ki, ispaniyalı qapıçı bu təklifə müsbət yanaşır. David de Gea 2011-2023-cü illərdə “Manchester United”də çıxış edib və bu müddət ərzində 545 oyunda 190 dəfə qapısını toxunulmaz saxlayıb.