David Raya “Real Madrid” Yolunda
Bakı, 12 may, Tsport.az
“Arsenal”ın ispaniyalı qapıçısı David Raya karyerasını yenidən La Liqada davam etdirə bilər.
Tsport.az xəbər verir ki, İspaniyalı qolkiperin “Real Madrid”lə danışıqlar apardığı bildirilir. Məlumata görə, 29 yaşlı futbolçu La Liqaya qayıtmaq fikrinə müsbət yanaşır və transferin yay transfer pəncərəsində gerçəkləşməsi gözlənilir.
Hazırda “Arsenal”la 30 iyun 2028-ci il tarixinə qədər müqaviləsi olan Raya bu mövsüm Premyer Liqada əsas heyətin aparıcı üzvlərindən biri olub.