Davinson Sánchez üçün Avropa klubları sıradadır
Bakı, 1 may, Tsport.az
“Galatasaray”ın kolumbiyalı müdafiəçisi Davinson Sánchez, yay transfer dönəmində bir neçə Avropa klubunun diqqət mərkəzinə düşüb.
Tsport.az xəbər verir ki, “Everton” (İngiltərə) və “Fiorentina” (İtaliya) 28 yaşlı mərkəz müdafiəçisinin transferi ilə yaxından maraqlanır. İngilis klubu futbolçu üçün 18 milyon avro təklif edib, lakin “Galatasaray” rəhbərliyi oyunçunu yalnız minimum 25 milyon avro qarşılığında satmağa hazırdır.
2023-cü ilin sentyabrında “Tottenham”dan 9,5 milyon avroya İstanbul klubuna keçən Sánchez, qısa zamanda müdafiənin əsas fiqurlarından birinə çevrilib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.