DÇ-2026 ən bahalı çempionat olacaq
Bakı, 7 oktyabr, Tsport.az
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026 FIFA Dünya Çempionatı tarixdəki ən bahalı turnir kimi qiymətləndirilir.
Tsport.az xəbər verir ki, ilk mərhələ bilet satışına 4,5 milyondan çox azarkeş müraciət edib, ikinci mərhələ isə 27 oktyabrda başlayacaq.
Rəsmi qiymət siyahısı açıqlanmasa da, ABŞ-da keçiriləcək açılış oyununun biletləri 560–2235 dollar, finalın biletləri isə 2030–6370 dollar aralığındadır.
Müqayisə üçün, Qətərdəki 2022 çempionatında bu qiymətlər 55–1607 dollar idi.
Beləliklə, 2026 finalının ən ucuz bileti əvvəlki turnirin eyni kateqoriyasından 10 dəfə bahadır.