-->
Dünya Futbolu

DÇ-2026: Avropada seçmə mərhələnin İlk turu davam edir

Bakı, 22 mart, Tsport.az

Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin ilk turunda bu gün daha 6 qarşılaşma keçiriləcək.

Tsport.az xəbər verir ki, günün ilk oyunu saat 18:00-da Lixtenşteyn və Şimali Makedoniya arasında baş tutacaq. Saat 21:00-da Moldova Norveçi, Monteneqro isə Cəbəllütariqi sınağa çəkəcək.

Gecənin son üç qarşılaşması isə saat 23:45-də start götürəcək. Bu oyunlarda İsrail Estoniyanı, Uels Qazaxıstanı, Çexiya isə Farer Adalarını qəbul edəcək.