DÇ-2026-da iştirak edəcək 28 ölkə müəyyənləşib
Bakı, 15 oktyabr, Tsport.az
ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatında iştirak edəcək 28 komanda artıq bəllidir.
Tsport.az xəbər verir ki, son olaraq İngiltərə, Seneqal, Qətər, Səudiyyə Ərəbistanı və Fil Dişi Sahili mundiala vəsiqə qazanıblar.
Turnirdə, həmçinin Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde və Cənubi Afrika da mübarizə aparacaq.
Qeyd edək ki, 11 iyun–19 iyul tarixlərində keçiriləcək DÇ-2026-da ümumilikdə 48 komanda çıxış edəcək.