DÇ-2026: Gecənin nəticələri
Bakı, 14 oktyabr, Tsport.az
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində A, B, D və J qruplarında 8 oyun keçirilib.
Tsport.az xəbər verir ki, D qrupunda İslandiya doğma meydanda Fransa ilə 2:2 hesablı bərabərə qalıb. Ev sahiblərinin qollarını Viktor Palsson (39) və Kristian Nökkvi Hlynsson (70) vurub. Fransanın qolları isə Christopher Nkunku (63) və Jean-Philippe Mateta (68)-dan gəlib.
A qrupunda isə Almaniya səfərdə Şimali İrlandiyanı 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu Nick Woltemade (31) vurub.
Digər nəticələr:
A qrupu: Slovakiya – Lüksemburq 2:0, Şimali İrlandiya – Almaniya 0:1
B qrupu: Sloveniya – İsveçrə 0:0, İsveç – Kosovo 0:1
D qrupu: Ukrayna – Azərbaycan 2:1, İslandiya – Fransa 2:2
J qrupu: Uels – Belçika 2:4, Şimali Makedoniya – Qazaxıstan 1:1