DÇ-2026: Gecənin nəticələri
Bakı, 13 oktyabr, Tsport.az
2026-cı il FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsində 8-ci tura start verilib.
Tsport.az xəbər verir ki, C, G, H və L qruplarında ümumilikdə 8 oyun keçirilib.
G qrupunda Hollanda, doğma meydanda Finlandiya üzərində 4:0 hesablı qələbə qazanıb. Bu görüşdə Memphis Depay 1 qol və 2 assistlə fərqlənərək ölkə tarixində ən çox qol və assist edən futbolçu olub — 31 yaşlı hücumçunun aktivində artıq 54 qol və 35 assist var.
L qrupunun sürpriz nəticəsi Faroe Adalarından gəlib — komanda öz meydanında Çexiyanı 2:1 hesabı ilə məğlub edib.
Digər maraqlı qarşılaşmada Polşa, səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib. Polşanın ilk qolunu “Fenerbahçe”nin yarımmüdafiəçisi Sebastian Szymański vurub.
Turun nəticələri:
C qrupu
İskoçiya – Belarus: 2:1
Danimarka – Yunanıstan: 3:1
G qrupu
Hollanda – Finlandiya: 4:0
Litva – Polşa: 0:2
H qrupu
Rumıniya – Avstriya: 1:0
San Marino – Kipr: 0:4
L qrupu
Faroe Adaları – Çexiya: 2:1
Xorvatiya – Cəbəllütariq: 3:0