Azərbaycan Futbolu

Dembo Darbo “Neftçi”dən ayrıldı

Bakı, 16 iyun , Tsport.az 

Neftçi” klubu Qambiyalı hücumçu Dembo Darbo ilə yollarını ayırıb. Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, 26 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.

Tsport.az xəbər verir ki, Bakı təmsilçi Darboya gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, o, 2024-cü ilin avqustunda komandaya qoşulmuşdu və “Neftçi” formasında 19 oyunda 5 qol vurub.

Xatırladaq ki, “Neftçi” yay aylarında bir neçə futbolçu ilə də yollarını ayırıb, o cümlədən Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer və Rafael Quzzo.