Dünya Futbolu

Demir Ege Tıknaz “Beşiktaş”la yeni müqavilə imzaladı

Bakı, 3 iyul , Tsport.az 

İstanbul təmsilçisi “Beşiktaş”, öz yetirməsi olan Demir Ege Tıknazla yeni müqavilə bağlayıb. Klubun rəsmi açıqlamasına görə, 20 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına qədər müddəti əhatə edən sözləşmə imzalanıb.

Tsport.az xəbər verir ki, Tıknaz ötən mövsümü Portuqaliyanın “Rio Ave” klubunda icarə əsasında keçirib. O, bu yaxınlarda Türkiyə millisində debüt edib və Meksika ilə yoldaşlıq oyununda (0:1) forma geyinib.