Dünya Futbolu

Derbi sonrası 43 nəfər haqqında hüquqi tədbir başladılıb

Bakı, 3 aprel, Tsport.az

Ziraat Türkiyə Kubokunun ¼ finalında Fenerbahçə (Fənərbaxça) ilə “Galatasaray” arasında keçirilən derbidə, qaydalara əməl etməyən 43 nəfər haqqında tədbir başladılıb.

Tsport.az xəbər verir ki, İstanbul Təhlükəsizlik İdarəsi komandaları, dünən Ülker Stadionunda keçirilən derbidə “İdmanda Şiddət və Düzənsizliyin Qarşısının Alınmasına Dair Qanun”u pozan şəxsləri müəyyən ediblər.

Ümumilikdə 52,152 tərəfdarın izlədiyi qarşılaşmada, 4-ü oyun zamanı fitil yandırmaqla yanaşı, “qadağan olunmuş sahənin pozulması”, “təxribat etmək”, “idman komplekslərinə ziyan vurulması”, “təhqir və küfürlü şüarlar”, “idman sahələrinə qeyri-qanuni girmək və qeyri-qanuni tamaşaçı təmin etmək”, “qadağan olunmuş maddə gətirilməsi” səbəbləri ilə 43 nəfər haqqında hüquqi tədbir başlatılıb.