Digər

Ağdamda karate turniri

Bakı, 27 iyun , Tsport.az 

28 iyun 2025-ci il tarixində Ağdam Olimpiya İdman Kompleksində əlamətdar idman tədbiri keçiriləcək. Qarabağ Regional Gənclər və İdman İdarəsi ilə Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və gənclər arasında mərhum idmançı Elçin Mahmudovun xatirəsinə həsr olunmuş karate turniri baş tutacaq.

Tsport.az xəbər verir ki, turnir çərçivəsində gənc idmançılar həm bacarıqlarını nümayiş etdirmək, həm də Elçin Mahmudov kimi nümunəvi idmançının xatirəsini anmaq imkanı əldə edəcəklər. Yarışın məqsədi sağlam həyat tərzini təşviq etməklə yanaşı, yeni nəsildə idmana marağı artırmaqdır.