Digər

ARMPK ilə ASF arasında əməkdaşlıq

Bakı, 21 oktyabr, Tsport.az

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyası paraüzgüçülüyün inkişafı üçün əməkdaşlığı genişləndirirlər.

Tsport.az xəbər verir ki, ARMPK ilə ASF arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb. Hər iki qurum rəsmiləri arasında Memorandum ilə bağlı geniş tərkibdə görüş keçirilib.

Tərəflər arasında paraüzgüçülük idman növünün inkişafı, idmançılar üçün yaradılan şərait, beynəlxalq yarışlara hazırlıq və inklüziv idmanın təşviqi istiqamətində gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Memoranduma əsasən, hər iki qurum ölkədə paraüzgüçülüyün inkişafı, fiziki məhdudiyyətli şəxslərin üzgüçülüyə cəlb edilməsi, birgə layihələrin, o cümlədən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Memorandumu ARMPK-nın baş katibi Toğrul Rəhimov və ASF-nin baş katibi Oqtay Atayev imzalayıblar.