Azərbaycan güləşçiləri Misirdə dünya çempionu oldular
Bakı, 20 oktyabr, Tsport.az
Azərbaycanın iki çimərlik güləşçisi Misirin İsgəndəriyyə şəhərində keçirilən Dünya Seriyasında möhtəşəm nəticə göstərib.
Tsport.az xəbər verir ki, Güləş Federasiyasının məlumatına görə, Sahib Dadaşov (80 kq) və İbrahim Yusubov (90 kq) qızıl medal qazanaraq dünya çempionu olublar.
Digər təmsilçimiz Vüsal Əliyev isə gümüş medal əldə edib.
Xüsusilə Yusubov cari mövsümdə topladığı xalların yekununda 4 qat dünya çempionu adını qazanıb.
Bu, Azərbaycan tarixində ilk dəfə bir mövsümdə iki idmançımızın böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionu olması ilə yadda qalıb.
Yığmamız yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında çıxış edib.