Digər

Elmir dünya çempionu oldu, milli rekorda imza atdı

Bakı,22 oktyabr,   Tsport.az

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.

Tsport.az  xəbər verir ki, bu gün daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb.

Elmir Əliyev (55 kq) finalda rusiyalı Alibek Amirovla qarşılaşıb. Güləşçimiz U23 Avropa çempionatının yarımfinalında məğlub olduğu rəqibindən revanş alıb – 3:2. Beləliklə, Elmir karyerasında ilk dəfə dünya çempionu olub.

Növbəti qələbə isə Ruslan Nurullayevdən (72 kq) gəlib. Təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu 3:1 hesabıyla üstələyən güləşçimiz bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Qaspar Terteryana eyni hesabla qalib gəlib.

Yunan-Roma güləşi üzrə yarışın bitməsinə 1 gün qalmış komandamız medalların əyarına görə yeni rekorda imza atıb. Belə ki, millimiz ilk dəfə U23 dünya çempionatında 2 qızıl medal qazanıb. Xatırladaq ki, ötən gün Ziya Babaşov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.