Firdovsi Umudov beynəlxalq turnirdə yüksək səviyyəli görüşlər keçirib
Bakı, 13 iyul , Tsport.az
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Gürcüstanda baş tutan “Kakhi Cup 2025” beynəlxalq turnirinin açılış mərasimində iştirak edib.
Tsport.az xəbər verir ki, açılışda çıxış edən Umudov turnirin əhəmiyyətindən danışıb və yarışın hər il daha maraqlı keçdiyini qeyd edib.
O, Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti Laşa Talaxadze və 3 qat Olimpiya çempionu Kakhi Kakhiashviliyə Azərbaycan federasiyası adından xatirə hədiyyələri təqdim edib.
Tədbirin sonunda Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Mohammed Jaloud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrid Hasani ilə görüşüb.
Qeyd edək ki, Firdovsi Umudov bir neçə gün öncə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Advisory Group” üzvlüyünə seçilib.