Digər

Gənc Rumıniyalı futbolçunun faciəvi ölümü

Bakı, 8 mart, Tsport.az

Rumıniyanın FCSB klubunun gənclər komandasının yarımmüdafiəçisi Lukas Manolake uzun sürən müəmmalı xəstəlikdən sonra dünyasını dəyişib.

Tsport.az xəbər verir ki, 19 yaşlı futbolçunun ölüm səbəbi aparılan tibbi ekspertizadan sonra məlum olub. Həkimlərin rəyinə əsasən, Manolake mədə turşusundan zəhərlənib və ağır ağciyər infeksiyası keçirib.

Bundan bir neçə gün əvvəl gənc futbolçunun səhhətində ciddi problemlər yaranıb və o, xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, bədəninin mədə turşusuna qarşı mənfi reaksiyası boğulmasına səbəb olub. Tibbi ekspertlər onun ölüm səbəbini nadir rast gəlinən bir hal kimi qiymətləndiriblər.

Qeyd edək ki, Lukas Manolake sonuncu dəfə 2024-cü ilin avqustunda meydana çıxıb. O, uzun müddətdir yorğunluq, başgicəllənmə və titrəmə kimi simptomlar səbəbilə futbol oynaya bilmirdi.