Matt Brown “UFC” ilə yollarını ayırdı
Bakı, 11 iyul, Tsport.az
Təcrübəli amerikalı döyüşçü Matt Brown artıq UFC döyüş kartında yer almayacaq.
Tsport.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat iştirakçı siyahısını yeniləyərkən 44 yaşlı idmançının da müqaviləsinə xitam verib.
Brown 2008-ci ildən bəri UFC arenasında çıxış edirdi. Karyerası ərzində o, təşkilatda 17 dəfə qalib gəlmiş, 13 dəfə isə məğlub olmuşdu.
Qeyd edək ki, Matt Brown UFC-dən ayrılan tək idmançı deyil. Son vaxtlarda Jordan Vucenic (Böyük Britaniya), Trevin Giles (ABŞ), Viviane Araújo (Braziliya) və AJ Liasse (Konqo) kimi döyüşçülərlə də təşkilatla yollarını ayırıb.