Media nümayəndələri üçün şahmat turniri
Bakı, 8 iyul , Tsport.az
22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı, “Sirab” və “RAHAT” mağazalar şəbəkəsinin dəstəyilə media nümayəndələri arasında şahmat turniri keçiriləcək.
Tsport.az xəbər verir ki, turnir iyulun 13-də Respublika Şahmat Mərkəzində baş tutacaq. Yarış A və B qruplarından ibarət olacaq.
Turnirin formatı:
- Tur sayı: 7
- Vaxt nəzarəti: hər oyunçunun 5 dəqiqəsi + hər gedişə 5 saniyə əlavə
- Qruplar: A və B
Mükafatlandırma:
- Hər qrup üzrə ilk üç yerə pul mükafatı və qiymətli hədiyyələr
- Birinci yerin sahibinə diplom
Qeyd edək ki, bu, media nümayəndələri arasında təşkil olunan ənənəvi şahmat yarışlarının yeddinci turniridir.