Nəsrin Abdullazadə Avropa çempionatında yarımfinala yüksəlib
Bakı, 22 oktyabr, Tsport.az
Azərbaycan millisinin daha bir boksçusu Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb. Nəsrin Abdullazadə 1/4 finalda Esila Yıldırıma (Türkiyə) qalib gəlməklə bu hüquqa yiyələnib.
Tsport.az xəbər verir ki, 40 kq-da mübarizə aparan milli üzvü 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.
Abdullazadə finala vəsiqə uğrunda Elliemay Feterstonla (İrlandiya) döyüşəcək. Görüş oktyabrın 23-də olacaq.
Qeyd edək ki, 32 ölkədən 369 boksçunun qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.