Digər

Region birinciliyi keçirilib

Bakı, 24 oktyabr, Tsport.az

Şəki Olimpiya İdman Kompleksində U-17 yeniyetmələr arasında Şimal-Qərb bölgəsi üzrə region birinciliyi keçirilib. Turnirdə 10 rayon və şəhərdən 76 cüdoçu 8 çəki dərəcəsində qüvvəsini sınayıb.

Tsport.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub. Həmçinin, U-17 üzrə regional birincilik milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırıb.

🏅 Mükafatçıları təqdim edirik:

Oğlanlar

-50 kq

1. Nurlan Şahverdiyev (Balakən OİK)

2. Büsat Qacayev (Qobustan)

3. Vüqar Mustafayev (Qəbələ İK)

3. Raul İsmayılov (Balakən OİK)

-55 kq

1. Xaliq Balıyev (Qəbələ İK)

2. Nicat Adilov (İsmayıllı RKİM)

3. Nurlan Nurizadə (Qobustan)

3. Davud Əhmədzadə (İstiqlal İK Ağsu)

-60 kq

1. Nicat Şıxızadə (Qobustan)

2. Teymur Gülməmmədov (Balakən OİK)

3. Büsat Şahmurov (Qəbələ İK)

3. Zaur Şabanov (Balakən OİK)

-66 kq

1. Əkbər Rüstəmov (Qobustan)

2. Nurlan Əliyev (Qobustan)

3. Laçın Həsənov (ACF)

3. Harud Rəhimov (Balakən OİK)

-73 kq

1. Nemət Ələsgərov (Qəbələ İK)

2. İsmayıl Şahmalıyev (Balakən OİK)

3. Fəxri İsayev (Balakən OİK)

Qızlar

-44 kq

1. Gülay İbrahimxəlil (Şəki)

2. Aylin Hacızadə (Qax)

-52 kq

1. Aişə Mehdiyeva (Şəki)

2. Xanım Səlimzadə (Qax)

3. Yağmur Daşdəmirova (Oğuz)

-63 kq

1. Aygün Məmmədli (Qax)