Digər

Sinsinatidə zəfər İqa Şventekin oldu

Bakı, 19 avqust, Tsport.az

Polşalı tennisçi İqa Şventek Sinsinati Masters Turnirində qadınların təkbətək yarışında qalib gəlib.

Tsport.az xəbər verir ki, ABŞ’ın Sinsinati şəhərində keçirilən sərt örtüklü kort turnirinin qadınlar finalında 3 nömrəli seriya başçısı Şventeklə 7 nömrəli seriya başçısı italiyalı Cazmin Paolini üz-üzə gəlib.

Şventek 1 saat 49 dəqiqə davam edən görüşdə 7-5 və 6-4 hesablı setlərlə 2-0 qələbə qazanaraq Sinsinatidə ilk, “Masters 1000” turnirlərində isə 11-ci çempionluğunu əldə edib.

Kişilərin təkbətək finalında isə ispaniyalı Karlos Alkaraz, italiyalı Yannık Sinnerin ilk setdə oyunu yarımçıq tərk etməsindən sonra çempion olub.

Zəhra Mansırova