Digər

Vətən Müharibəsi Qəhrəmanının qızı qızıl medal qazandı

Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Niftəliyeva Ləman Mehrab qızı cüdo idman növü üzrə U-17 qızlar və oğlanlar arasında keçirilən Sumqayıt şəhər birinciliyində uğurlu nəticə göstərib.

“Tsport.az”  xəbər verir ki, 40 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edən Ləman Niftəliyeva qızıl medal qazanaraq birinci yerə layiq görülüb.

Qeyd edək ki, L.Niftəliyeva Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrinin şəhid baş giziri Mehrab Niftəliyevin qızıdır.