Dünya Futbolu

“Dinamo Zagreb” baş məşqçisi ilə yollarını ayırıb

Bakı, 9 aprel, Tsport.az

Xorvatiyanın Dinamo Zagreb klubu, baş məşqçi Fabio Cannavaro ilə yollarını ayırıb.

Tsport.az xəbər verir ki, Zaqreb təmsilçisi, uğursuz nəticələrdən sonra 51 yaşlı məşqçi ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etməyə qərar verib. Bu dəyişiklik, klubun mövcud vəziyyətinin təhlilindən sonra həyata keçirilib.

Dinamo Zagreb bu mövsüm Xorvatiya çempionatında 28 oyundan sonra 46 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.