“Diogo Jotanın vəfatı ilə böyük bir faciə yaşadıq”
Bakı,29 sentyabr , Tsport.az
UEFA Çempionlar Liqasının ikinci turunda sabah “Galatasaray”ın qonağı olacaq İngiltərə klubu “Liverpool”un hollandiyalı baş məşqçisi Arne Slot sarı-qırmızılı komandanın çətin rəqib olduğunu bildirib.
Tsport.az xəbər verir ki, Slot, matç öncəsi RAMS Parkda mətbuatla görüşüb. Crystal Palacea 2-1 hesabı ilə uduzduqları oyundan təsirlənmədiklərini vurğulayan hollandiyalı çalışdırıcı deyib:
“Əgər kuboklar qazanmaq istəyirsinizsə, hər oyunda əlinizdən gələni göstərməlisiniz. Hər zaman ən yaxşı futbolunuzu oynamalısınız.”
Yaz transfer dönəmində komandaya ulduz futbolçular qatdıqlarını söyləyən Slot əlavə edib:
“Əhəmiyyətli hücumçularımız var. Diogo Jotanın vəfatı ilə böyük bir faciə yaşadıq. Darwin Nunezin əvəzinə bir oyunçu almağı düşünürdük. Bu faciədən sonra komandaya iki hücumçu qatdıq. Həmişə yaxşı oyunçuları heyətə əlavə etmişik.”
Futbolu qol vurmaq üçün oynadıqlarını vurğulayan Slot belə deyib:
“Topa sahib olmaq ilk məqsədimiz deyil. “Liverpool” mənim gəlməyimdən əvvəl də topa sahib olurdu. Bəzən rəqib komandalar müdafiəyə fokuslanır və buna imkan verir. Bütün komandalar indi fitdir, dikinə oynamaq isə müasir futbolda getdikcə çətinləşir. Yaxşı hücumçuları heyətə əlavə etdik. İrəli dördlüyümüz geri çəkilən komandaların müdafiəsini açmaq üçün çox çalışır.”
“ ”Galatasaray”, qazanmağı bilən komandadır”
Slot, hazırda “Liverpool”un köməkçi məşqçisi olan və daha əvvəl “Beşiktaş”da çalışmış hollandiyalı Giovanni van Bronckhorst ilə “Galatasaray” oyunu üçün danışdığını bildirib:
“Giovanni van Bronckhorst, Türk futbolunu bilir və hətta “Galatasaray”ı məndən daha yaxşı tanıyır. “Galatasaray”a qarşı kubok qazanmışdı. Köməkçi məşqçilərimdən həmişə dəstək alıram. “Galatasaray”ın “Eintracht Frankfurt”a 5-1 uduzduğu oyunu izlədim. Bir az şanssız idilər. Kaçırdıqları qol imkanları oldu. O oyun bir daha oynansa, “Galatasaray” beş qol yeməzdi. Trendyol Süper Liqada cəmi iki qol buraxıblar. “Galatasaray”, qazanmağı bilən komanda. Oyunu və çempionluğu necə qazanacaqlarını bilirlər.”
47 yaşlı hollandiyalı çalışdırıcı əlavə edib:
“Duran toplardan yalnız 4 qol buraxmışıq. Buraxdığımız qolları analiz edirəm. Oyunda az qol buraxmağımızın səbəblərindən biri bütün 11 oyunçunun komanda müdafiəsi üçün çalışmasıdır. Duran toplar isə fərqlidir. Keçən sezon duran toplarda daha yaxşı idik. Bu mövzuda işləməliyik. Bəzi duran toplarda şanssız olduq.”
Slot “Galatasaray”ın “Crystal Palace”dan fərqli bir komanda olduğunu vurğulayıb:
“Əvvəlki oyunda “Crystal Palace” topa çox sahib olmadı. Bizim üçün oyun yaxşı gedirdi, lakin sonra onlara çox imkan verdik. “Galatasaray”, “Crystal Palace”dan fərqlidir. Onları məğlub etmək çətindir. Süper Liqada 7/7 etdilər və zehni olaraq çox güclüdürlər. “Galatasaray” bizim üçün çətin rəqibdir.”
Slot həmçinin İtalyan futbolçu “Federico Chiesa”nın bu gün məşqi tamamlamadığını və heyətdə yer almadığını bildirib.
Duran topların futbolda əhəmiyyətinə də toxunan hollandiyalı çalışdırıcı sözlərini belə tamamlayıb:
“Duran toplar oyunun bir hissəsidir. “Brentford”-“Manchester United”oyununda çox taç və korner vardı. Liqamızda bunu getdikcə görürük. “Galatasaray” duran toplarda yaxşıdır. Mən futbolçu olanda yalnız axan oyundan danışırdıq, indi isə duran toplara da işləyirik. Bu, duran topların əhəmiyyətini göstərir.”