Dünya Futbolu

Dirk Kuytun komandası aşağı liqaya düşüb

Bakı, 31 mart, Tsport.az

Belçika Liqasında 5 matç qaldığından məşqçisi keçmiş “Fenerbahçe“li Dirk Kuyt olan “Beerschot“un aşağı liqaya düşəcəyi dəqiqləşib.

Tsport.az xəbər verir ki, futbolçu karyerası ərzində “Fenerbahçe”, “Liverpool” və “Feyenoord”da çıxış edən Dirk Kuytun məşqçilik karyerası heç də ümid etdiyi kimi getmir.

Belçikanın “Beerschot” komandasını çalışdıran Kuytun yetirmələri Belçika Jupiler Pro Liqasının müntəzəm mövsümünü 18 xalla 16-cı və sonuncu pillədə başa vurub.

Son 4 komandanın mübarizə apardığı Jupiler Pro liqasında ilk oyununda “Sint-Truiden”ə 1-0 məğlub olan “Beerschot”, “Kortrijk” – “Cercle Brugge” matçında 2-2 bərabərə qalaraq, riyazi olaraq aşağı liqaya düşməyi təmin etdi.

Baş məşqçi Kuytun vəziyyəti gələn mövsüm Belçikanın “Jupiler” Pro Liqasında mübarizə aparacaq “Beerschot”da qeyri-müəyyən olaraq qalır.

Kuytun maaşı İkinci Liqa komandasının büdcəsinə tam uyğun gəlməsə də, hollandiyalı məşqçinin vəzifəsində qalıb-qalmayacağı hələ dəqiq deyil.