Dünya Futbolu

Dolmabahçedə qalib “Beşiktaş”

Bakı,29 sentyabr ,  Tsport.az

“Beşiktaş”, Trendyol Süper Liqanın 7-ci həftəsinin bağlanış matçında “Kocaelispor”u 3-1 hesabı ilə məğlub etdi.

 Tsport.az xəbər verir ki, Tüpraş Stadionunda keçirilən oyunu hakim Ali Şansalan idarə etdi.

“Beşiktaş” 4-cü dəqiqədə Rafa Silvanın qolu ilə 1-0 öndə oldu. Cerny 10-cu dəqiqədə fərqi ikiyə çatdırdı: 2-0.

Tayfur Bingöl 50-ci dəqiqədə hesabı 2-1 etdi.

Matçın nəticəsini müəyyən edən qol 90+3-cü dəqiqədə yeni transfer Jota Silvadan gəldi.

Rəqibini 3-1 hesabı ilə məğlub edən “Beşiktaş” ardıcıl ikinci qələbəsini qazandı və xallarını 12-yə yüksəltdi. Kocaelispor isə 2 xalda qaldı.