Donnarumma PSG tarixində iz qoydu
Bakı, 30 aprel, Tsport.az
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Arsenal”, Emirates Stadiumda “Paris Saint-Germain”ə 0:1 hesabı ilə uduzub.
Tsport.az xəbər verir ki, qarşılaşmanın qəhrəmanlarından biri Gianluigi Donnarumma olub. “PSG”-nin italiyalı qapıçısı matç ərzində 5 möhtəşəm qurtarış edərək komandasının minimal üstünlüyünü qoruyub. Bu göstərici, “PSG” tarixində son 20 ildə Çempionlar Liqasının pley-off mərhələsində bir matçda qeydə alınan ən yüksək seyv sayıdır.
Yarımfinal mərhələsinin digər oyunu bu gün keçiriləcək. “Inter” öz meydanında “Barcelona”nı qəbul edəcək.