Azərbaycan Futbolu

“Dostum bura gəlməyi məsləhət bildi” – Patrik Andrade

Bakı, 28 iyun , Tsport.az 

UEFA Konfrans Liqasında debüt etməyə hazırlaşan “Araz-Naxçıvan” yay transferlərində heyətini gücləndirməkdə davam edir. Son günlərdə komandaya qoşulan Kabo-Verde millisinin yarımmüdafiəçisi Patrick Andrade artıq Bakıya gəlib və komandanın səhər məşqində iştirak edib.

Tsport.az xəbər verir ki, yeni klubundakı ilk təəssüratlarını bölüşən Andrade bildirib: “Mənə bu imkanı yaratdığı üçün “Araz-Naxçıvan” klubuna təşəkkür edirəm. Komanda Konfrans Liqasında mübarizə aparacaq və rəhbərlik iddialı heyət qurur. Düşünürəm ki, bu həm mənim, həm də klub üçün uğurlu seçim olacaq”.

Transfer qərarında dostu Qara Qarayevin rolunu da xüsusi qeyd edən təcrübəli futbolçu vurğulayıb ki, qarşıdan gələn mövsümdə gərgin çempionat və avrokubok oyunlarında komandaya töhfə verməyə hazırdır: “Seçimimdə dost məsləhəti də rol oynadı. Konfrans Liqasında “Aris”lə oyunlarla mövsümə başlayacağıq. Ciddi hazırlaşmaq və mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik”.