“Dubai United”in yeni baş məşqçisi Andrea Pirlo
Bakı, 25 iyul , Tsport.az
Futbol dünyasının tanınmış simalarından Andrea Pirlo Birləşmiş Ərəb Əmirliklərinin “Dubai United” klubunun baş məşqçisi təyin olunub. 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olan 46 yaşlı Pirlo, yeni mövsümdən etibarən bu komandanı çalışdıracaq.
Tsport.az xəbər verir ki, Pirlo məşqçilik karyerasına 2020-ci ildə “Juventus”un əsas komandasının sükanı arxasına keçməklə başlayıb. Bundan öncə o, “Juventus”un gənclər sistemində də işləmişdi. Andrea Pirlonun son iş yeri isə İtaliya A Seriyasında mübarizə aparan “Sampdoria” klubu idi.
“Dubai United”in Pirlonun rəhbərliyi altında necə çıxış edəcəyi böyük maraqla gözlənilir.