Dünya Futbolu

Dünya Çempionatının seçmə mərhələsində inanılmaz rekord

Bakı, 21 mart, Tsport.az

DÇ-2026-nın Asiya seçmə mərhələsi çərçivəsində keçirilən İran – Birləşmiş Ərəb Əmirlikləri matçının ilk yarısı elektrik enerjisinin kəsilməsi səbəbindən uzun müddət yarımçıq qalıb. Elektrik kəsilməsi ilə yanaşı, VAR-da da problemlər yaranıb və birinci hissənin sonuna 29 dəqiqə əlavə edilib və yeni rekord qırılıb.

Tsport.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın Asiya seçmə oyunları davam edir.

Asiya seçmə mərhələsinin 3-cü turunun A qrupunda keçirilən İran – Birləşmiş Ərəb Əmirlikləri oyunu maraqlı hadisəyə şahidlik edib.

İlk hissədə elektrik enerjisinin kəsilməsi səbəbindən qarşılaşma dayandırılıb. Daha sonra VAR ilə bağlı problemə görə matç yenidən dayandırılıb.

İlk hissədə baş verən bu hadisələrə görə əlavə vaxta 29 dəqiqə əlavə edilib və yeni rekord qırılıb. “Marca”nın verdiyi məlumata görə, İran-Birləşmiş Ərəb Əmirlikləri matçının ilk yarısının sonuna əlavə edilən 29 dəqiqə milli komandalar səviyyəsində yarıya əlavə edilən ən uzun müddət olub. Görüşdə İran 2:0 hesabı ilə qalib gəlib.

Nəhayət, klub səviyyəsində Anxel Qomes zədələndikdən sonra Lill – Reyms matçının ilk yarısına 35 dəqiqə əlavə edildi.

Əvvəlki rekord 2022-ci il dünya çempionatında İngiltərə və İran tərəfindən müəyyən edilmişdi. Həmin matçın birinci yarısına 14, ikinci hissəyə isə 10 dəqiqə əlavə edilmiş və ümumi əlavə edilmiş vaxt 24 dəqiqəyə çatmışdır.