Dünya çempionu olan qolkiper klubundan ayrıla bilər
Bakı, 17 may, Tsport.az
“Aston Villa”-nın qapıçısı Emiliano Martinezin karyerasını Səudiyyə Ərəbistanında davam etdirməsi mümkün ola bilər.
Tsport.az xəbər verir ki, 32 yaşlı argentinalı qolkiperə yaxın zamanlarda Yaxın Şərq çempionatından təkliflər gəlməsi gözlənilir. Lakin Martinez hələlik Səudiyyə Ərəbistanına yollanmaq niyyətində deyil. O, mövcud karyerasında yüksək səviyyədə çıxış etməyə davam etməyi və 2026-cı il dünya çempionatına ən yaxşı formada yollanmağı məqsəd qoyub.
Dünya çempionu olan qolkiper bu mövsüm “Aston Villa” ilə 52 oyuna çıxıb, 61 qol buraxıb və 15 matçda qapısını toxunulmaz saxlayıb.