Dünya Futbolu

️Messi və Devid Bekhemin anası bir arada – Duyğulu anlar

“İnter Mayami” klubunun sahibi Devid Bekhem anası Sandra Bekhemi argentinalı ulduz futbolçu Lionel Messi ilə tanış edib. 

“Tsport.az” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Belə ki, ömrünü futbol əfsanələrinin əhatəsində keçirən 76 yaşlı Sandra ulduz futbolçu ilə tanışlığında sevincini gizlədə bilməyib. Onların  görüşü tez bir zamanda sosial mediada maraqla qarşılanıb.

Sözügedən görüntüləri diqqətinizə çatdırırıq:

Leyla Sənani