Abdou Aziz Fall “Fenerbahçe”-yə transfer olundu
Bakı, 11 iyul, Tsport.az
İstanbul nəhəngi “Fenerbahçe” heyətini yeni gənc futbolçu ilə gücləndirib.
Tsport.az xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, seneqallı istedad Abdou Aziz Fall komandaya qoşulub.
18 yaşlı dayaq yarımmüdafiəçisi “Essamaye” klubundan transfer olunub və 5 illik müqavilə ilə “Fenerbahçe”-yə məxsus olacaq.
Bu transfer “sarı-mavililər”in gələcəyə yönəlik layihəsi kimi qiymətləndirilir.