Dünya Futbolu

“Al-Ahli”nin hədəfi Messi

Bakı, 7 iyul , Tsport.az 

Səudiyyə Ərəbistanının “Al-Ahli” klubu Lionel Messini transfer etmək istəyir.

Tsport.az xəbər verir ki, bu barədə Fransanın “L’Équipe” nəşri məlumat yayıb. Messi ilə Amerika klubunun hazırkı müqaviləsi 31 dekabr 2025-ci ilədəkdir. Ərəblər 38 yaşlı hücumçunu müqaviləsi başa çatdıqdan sonra azad agent kimi komandaya qatmaq niyyətindədir.


Mənbənin bildirdiyinə görə, “Əl-Əhli” rəhbərliyi artıq bir neçə həftədir Messi ilə bu keçidə razı salmaq üçün danışıqlar aparır. Danışıqların maliyyə detalları açıqlanmır. 2034-cü ildə dünya çempionatına ev sahibliyi edəcək ölkə hücumçunu öz sərəncamına vermək üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu nümayiş etdirir.