Dünya Futbolu

Alejandro Garnacho “Chelsea”nin Radarında

Bakı, 6 may, Tsport.az

“Manchester United” gənc ulduzu Alejandro Garnacho ilə yollarını ayıra bilər.

Tsport.az xəbər verir ki, klub rəhbərliyi 20 yaşlı argentinalı futbolçunun transferi üçün 76 milyon avro tələb edir və yay transfer pəncərəsində “Chelsea” ilə danışıqlara başlamağa hazırdır.

Bu mövsüm Garnacho “Qırmızı şeytanlar”ın heyətində 54 oyunda meydana çıxıb, 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc futbolçu 2022-ci ildən “Manchester UnitedÜ forması geyinir və sürəti, texnikası ilə Premyer Liqada adından söz etdirməyə başlayıb.

“Chelsea” rəhbərliyi isə hücum xəttini gücləndirmək məqsədilə bu transferi prioritetlər sırasında görür.