Dünya Futbolu

“Arsenal” heyətini gücləndirib

Bakı, 10 iyul, Tsport.az

İngiltərə Premyer Liqasının iddialı klublarından olan “Arsenal”, danimarkalı yarımmüdafiəçi Kristian Nørgaardın transferini rəsmiləşdirib.

Tsport.az xəbər verir ki, London təmsilçisi bu barədə rəsmi saytında məlumat yayıb.

Klubun açıqlamasında bildirilir:

“Danimarka millisinin üzvü Kristian Nørgaardın komandamıza qoşulmasından məmnunluq duyuruq. 31 yaşlı futbolçu “Brentford” klubundan transfer olunub. Karyerası ərzində o, bütün turnirlər üzrə 196 matçda iştirak edib, bunlardan 122-si Premyer Liqada olub. Ümumilikdə 13 qol və 18 assistlə yadda qalıb.”

Xatırladaq ki, “Arsenal” 2024/25 mövsümündə İngiltərə Premyer Liqasında ikinci yeri tutub. Baş məşqçi Mikel Artetanın yetirmələri 38 oyunda 74 xal toplayıblar. Mövsümün çempionu isə “Liverpool” olub – 84 xalla turnirin zirvəsində qərarlaşıb.