“Arsenal” və “Chelsea” Mark Casado üçün yarışır
Bakı, 2 aprel, Tsport.az
“Barcelona”-nın istedadlı yarımmüdafiəçisi Mark Casado, İngiltərə Premyer Liqasına transfer oluna bilər.
Tsport.az xəbər verir ki, “Arsenal” və “Chelsea” gənc futbolçunun xidmətində maraqlıdır və onu heyətinə qatmaq üçün 40 milyon avro dəyərində təklif hazırlayıb.
“Barcelona” rəhbərliyi Casado-nun transferinə açıqdır. Klubdakı maliyyə problemləri səbəbindən onun satışı müzakirə mövzusudur.