Dünya Futbolu

“Arsenal”Gyökeres transferinə yaxınlaşır.

Bakı, 8 iyul , Tsport.az 

Viktor Gyökeres ardıcıl iki mövsüm Portuqaliya çempionu olub.

“Arsenal” klubunun idman direktoru Andrea Berta, Premyer Liqa təmsilçisinin hücumçu Viktor Gyökeres üçün transferə yaxınlaşdığı bir vaxtda Portuqaliyada “Sporting” rəsmiləri ilə üzbəüz danışıqlar aparıb.

Tsport.az xəbər verir ki, “Arsenal” uzun müddətdir mərkəz hücumçu axtarışının son mərhələsində İsveç millisinin üzvü Gyökeresə marağını daha da artırıb.

Mənbələrin verdiyi məlumata görə, bu prosesin bir hissəsi olaraq Berta ötən həftənin sonlarına doğru Portuqaliyanın paytaxtına gedərək “Sporting” rəsmiləri ilə aparılan əsas danışıqlarda iştirak edib. Müqavilənin ümumi dəyəri təxminən 70 milyon funt sterlinq ola bilər.

Bertanın həftə sonu Londona qayıdıb-qayıtmadığı bilinmir, lakin onun bu səfəri “Arsenal”ın Gyökeres transferini sürətlə başa çatdırmaq istədiyinin açıq göstəricisidir.

27 yaşlı hücumçu ilə şəxsi şərtlər üzərində razılıq əldə olunmasının isə sadəcə formal prosedur olduğu deyilir.

Qeyd edək ki,“Brentford”un kapitanı Kristian Norgaard da yaxın günlərdə “Arsenal”a keçid üçün rəsmi prosedurları tamamlayacaq. Hər iki klub Danimarka yığmasının yarımmüdafiəçisi üçün ümumi dəyəri 15 milyon funt sterlinqə qədər olan razılığa gəlib.

Bundan başqa, “Arsenal” “Chelsea”nin hücumçusu Noni Madueke üçün də addım atmağı nəzərdən keçirir. İngiltərə millisinin üzvü ilə artıq şəxsi şərtlər razılaşdırılıb.

Aytac Mustafayeva