Dünya Futbolu

Balıqçı kəndinin möcüzəsi “Mjällby” İsveç çempionu oldu

Bakı, 21 oktyabr, Tsport.az

İsveçin 1-ci futbol liqasında (Allsvenskan) mövsümün sensasiyası yaşanıb.

Tsport.az xəbər verir ki, balıqçı kəndi Hallevikdən olan “Mjällby AIF” tarixində ilk dəfə çempionluq qazanıb.

27-ci turda səfərdə “IFK Göteborg” komandasını 2:0 hesabı ilə məğlub edən “Mjällby”, xalını 66-ya yüksəldib və sona 3 tur qalmış qızıl medalları təmin edib.

Cəmi 1500-dən az sakini olan kiçik Hallevik kəndinin təmsilçisi, ən yaxın izləyicisi “Hammarby”-ni (55 xal) geridə qoyub.

Bu tarixi uğur sayəsində “Mjällby” 2026–27 mövsümündə UEFA Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək və ilk dəfə Avropa kuboklarında oynayacaq.