Dünya Futbolu

Ballon dorun qalibi “Leverkusen” səfərinə hazırdır

Bakı, 20 oktyabr, Tsport.az

PSG” ulduzu və son Ballon d’Or qalibi Ousmane Dembélé, çərşənbə axşamı “Leverkusen“lə keçiriləcək Çempionlar Liqası oyununda iştirak edəcək.

Tsport.az xəbər verir ki, Fransa millisində Ukrayna ilə matçda (“3:0”) zədələnən futbolçu, sağaldıqdan sonra yenidən komandanın heyətinə qayıdıb.

Dembélé ötən həftə “Strasbourg2la oyunda ehtiyatda saxlanılmışdı, amma indi tam hazır vəziyyətdə Almaniyaya yollanacaq.