“Barcelona” artıq Robert Lewandowskini istəmir
Bakı, 21 oktyabr, Tsport.az
“Barcelona” hücumçusu Robert Lewandowski ilə müqaviləsini yeniləməyəcək.
Tsport.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi 35 yaşlı polşalı forvetlə yeni sözləşmə imzalamağı planlaşdırmır.
Lewandowskinin hazırkı müqaviləsi 2026-cı ildə başa çatır. Klub rəhbərliyi hücum xəttində gəncləşməyə üstünlük vermək niyyətindədir.