“Barcelona” Ferran Torreslə yeni müqavilə planlaşdırır
Bakı, 20 oktyabr, Tsport.az
“Barcelona” klubu hücumçu Ferran Torreslə müqaviləni uzatmağı planlaşdırır.
Tsport.az xəbər verir ki, Kataloniya təmsilçisi əvvəlcə müdafiəçi Erik Qarsiya ilə yeni sözləşmə bağlayacaq, daha sonra isə Torreslə danışıqlara başlayacaq.
25 yaşlı hücumçu cari mövsümdə 10 oyunda 5 qol və 1 asistlə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.